Zaqatala rayonunda, Bəhmətli kəndi ərazisində 17 yaşlı gəncə çaqqal hücum çəkib.
Bu barədə Bizim.Media-ya Zaqatala rayon mərkəzi xəstəxanasından məlumat verilib.
Qeyd olunur ki, bu gün axşama doğru rayonun Bəhmətli kənd sakini 17 yaşlı Əkrəm Qasımova kənd ərazisində çaqqal hücum çəkib. Bu zaman çaqqal Əkrəmin sol aşağı ətrafın baldır nahiyəsinə bir neçə yerdən xəsarət yetirib.
Yaxınlıqdakı insanların köməyi ilə gənc vəhşi heyvandan xilas edilib və dərhal xəstəxanaya çatdırılıb. Həkimlər gəncə ilkin tibbi yardım göstərib, lazımi prosedurlar həyata keçirilib. Xüsusən quduzluq əleyhinə qarşı peyvənd vurulandan sonra müalicə və müayinəsini davam etdirmək məqsədi ilə evə buraxılıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
02:39 / 23.01.2023
Zaqatalada çaqqal insana xəsarət yetirdi
Hazırda oxunan: Zaqatalada çaqqal insana xəsarət yetirdi
Hazırda oxunan: Zaqatalada çaqqal insana xəsarət yetirdi
116099
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.