Sabirabadda uşaq kimyəvi maddədən zəhərləndi

Hazırda oxunan: Sabirabadda uşaq kimyəvi maddədən zəhərləndi

116098

Sabirabadda 6 yaşlı uşaq kimyəvi maddədən zəhərlənib.

Bizim.Media xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb.

Kənd sakini, 2017-ci il təvəllüdlü Muradova Zəhra Nüsrət qızı bitkilər üçün nəzərdə tutulan parazit əleyhinə kimyəvi maddədən zəhərlənib. 

Valideynləri 6 yaşlı uşağın saçlarında bitləri öldürmək üçün onun başına “Bİ-58” adlanan kimyəvi zəhər vurublar.

Nəticədə kəskin zəhər olan həmin maddə uşağın baş dərisindən orqanizminə sovrulub. Vəziyyəti ağır olan uşaq toksikoloji zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin