Qusarda buz meydançasını xatırladan Urva gölləri - FOTO/VİDEO

Hazırda oxunan: Qusarda buz meydançasını xatırladan Urva gölləri - FOTO/VİDEO

116083

Yanvar ayında havanın qarlı və şaxtalı  olması şimal rayonlarının dağlıq ərazilərindəki  çay və şəlalələrlə yanaşı, gölləri də dondurub.

Bizim.Media xəbər verir ki, Qusarın Urva kəndində yerləşən 5 göl yanvar ayının 15-dən başlayaraq donub.

Donmaya səbəb həmin ərazidə 15 dərəcəyə yaxın şaxtanın olmasıdır. Göllərin donması Urva kəndində yaşayan uşaqların lap ürəyincə olub.

Kiçik buz meydançasını xatırladan göllərin üzərində yerli uşaqlar həvəslə kirşələrində sürüşüb qışın ləzzətini çıxarırlar. Bu da orijinal mənzərə yaradır.

Sakinlərin sözlərinə görə, şaxtalı havalarda göllər donur, yaza yaxın buz qatının donu açılır.

Qusar İH başçısının Urva İƏD üzrə nümayəndəsi Edison Ələsgərovun sözlərinə görə, hazırda donmuş göllərin suyundan yay aylarında  təsərrüfat məqsədi ilə istifadə edilir. Göllərə su yaxınlıqdan keçən kanaldan vurulur, yağış və qrunt suları da bura axır.

Hələlik Urva kəndindəki göllər qış dövrünün buzlaşmasını yaşayır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin