Prezident İlham Əliyev E.T.Quliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”x9d ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Moderator.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin tədrisi və təbliğində xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”x9d ilə təltif edilsin".




































































































