Xəbər verdiyimiz kimi, bir az əvvəl Milli Məclisin sədri Sahibə Qafarovanın əmri ilə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ceyhun Əli işdən çıxarılıb. Onun yerinə həmin şöbənin müavini Mehman Qayıbov təyin edilib.
Bununla bağlı Bizim.Media-ya açıqlamasında Ceyhun Əli bildirib ki, mən bura gələndə əslində piar layihələrin icrası ilə bağlı işlər görəcəkdim:
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisdə Ceyhun Əli işdən çıxarıldı - Yeni mətbuat katibi təyin olundu
“Sonradan mətbuat katibi vəzifəsini müvəqqəti icra etmək tapşırıldı. Paralel olaraq İTV televiziyasında fəaliyyət göstərirdim. Mən televiziyaçıyam, ona görə də daha çox özümü peşəmə həsr etmək fikrindəyəm”.
Ceyhun Əli onun yerinə Mətbuat katibi vəzifəsinə Mehman Qayıbovun təyinatı ilə bağlı da münasibət bildirib:
“Mehman müəllim çox təcrübəli, peşəkar insandır. Əslində mənim o vəzifədə qalmağım haradasa Mehman müəllimə haqsızlıq olardı, adam düz 33 ildir Milli Məclisdə çalışır, çox da faydalı işlər görüb.
Amma mən Milli Məclisdən tam uzaqlaşmamışam, bütün piar layihələrdə fəaliyyətimizi birlikdə davam etdirəcəyik”.
Bizim.Media