Oğuzda qaz balonu partladı - Yaşayış evi tamamilə yandı

Hazırda oxunan: Oğuzda qaz balonu partladı - Yaşayış evi tamamilə yandı

116041

Oğuzda yaşayış evində maye qaz balonu partlayıb.

Bizim.Media xəbər verir ki, hadisə ötən gün axşam saat 23.00 radələrində rayonun Qumlaq kəndində, kənd sakini Fəxrəddin Qədirova məxsus, ümumi sahəsi 134 kv/m olan kürsülü birmərtəbəli üç otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan əşyaları ilə birlikdə yanıb.

Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin