İstintaqın vahid mərkəzdə birləşdirilməsi məqsədi ilə istintaq komitəsinin yaradılması ətrafında müxtəlif şərhlər və subyektiv mülahizələr var. Azərbaycanın hüquq-mühafizə orqanlarında istintaq orqanlarının geniş təcrübəsinə güvənərək demək olar ki, bu qurumlar Baş Prokurorluq, DİN, DTX, Gömrük xidməti, Vergilər və Ədliyyə Nazirlikləri, Hərbi Prokurorluq fəaliyyət istiqamətləri ilə bağlı əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq aidiyyəti üzrə daxil olmuş cinayətlər haqqında məlumatlara çevik və ciddi prosesual reaksiya verir, cinayət təqibinə başlamaqla aidiyyət pozulmadan ibtidai istintaqa başlayırlar. Artıq belə adət-ənənə hər bir orqanda formalaşıb. Mən deyərdim ki, istintaq orqanı olan hər bir hüquq-mühafizə -MİH orqanlarının nüfuzu və əsas gücü həmin orqanlara səlahiyyətlərinə aid istintaqın aparılmasından asılıdır. Əgər istintaq yükü sadaladığım orqanlardan götürülsə, vacib şərt kimi qəbul edilən koordinasion əlaqələr həmin orqanlar arasında əriyəcək, nüfuzu aşağı düşəcək, şəxsi heyət arasında qeyri nikbin hisslər baş qaldıracaq. Daha narahatlıq doğuran hal ondan ibarət olacaq ki, vətəndaşlar tərəfindən həmin orqanlara inam azalacaq. Xatırlatmaq yerinə düşərdi ki, bu gün də RF-nın DİN Orqanlarında fəaliyyət göstərən OBXSS (sosialist əmlakını dağıdanlarla mübarizə, Azərbaycanda iqtisadi sahədə cinayətkarlıqla mübarizə) Azərbaycanda 1994-cü ildən ləğv edilən vaxtdan bir müddət sonra saxta dərmanlar, ərzaq məhsulları, saxta əskinazlar saxtakarlıqla bağlı faktlar artmağa başladı. Saxtakarlıqlarla mübarizə faktları artmağa başladıqca onunla mübarizə aparan orqanların gücü hiss olunmadı. DİN-nin nəzdində olan OBXS-lər məxfi aparatın gücü ilə işlədiklərindən cinayət xarakterli məlumatların aşkar edilməsi də çox idi və təsdiqini tapırdı. Necə deyərlər vətəndaşlar polis orqanları ilə təmasda olur və səmərəsi olurdu. OBXS-in ləğvi də DİO-nun nüfuzuna və fəaliyyətinə təsir etdi. İstintaqın ləğv edilib vahid tabeçilikdə olması da qeyd etdiyim qurumların nüfuzuna və fəaliyyətinə təsirsiz ötüşməyəcək. Təsəvvür edin ki, təxminən 8 mərkəzi İcra Hakimiyyəti orqanlarının istintaq yükü alınıb dövlət başçısının bilavasitə tabeliyinə verilməklə onun işinin nə qədər ağırlaşdığını təsəvvür etmək çətin deyil. Əgər il ərzində 8 orqanın hər birində təxminən 500-600 (bəzən daha çox) cinayət işlərinin istintaqı yekunlaşırsa, bu bir il ərzində mindən çox cinayət işlərinin ölkə prezidentinə məruzə edilməsi ilə prosesual qərarın qəbulu deməkdir. Həmin işlərin tam, obyektiv istintaq edilməsinə zəmanət verilmədiyindən şikayətlərin miqyası Avropa Məhkəməsinə qədər çıxa bilər. Son nəticədə Ölkə Prezidenti ətrafında beynəlxalq rəy və
həqiqətə uyğun olmayan informasiyaların həqiqət kimim qəbul edilməsinə imkan yaranacaq. Bu, arzuolunmaz haldır və buna imkan vermək olmaz.
İstintaqın Rusiya Prezidenti Putinin iradəsinə tabe olduğu barədə məqalələr Rusiya mətbuatında özünə yer alır.
Digər narahatçılıq istintaq komitəsi yaradılacağı təqdirdə prokurorluq orqanlarının səlahiyyətinə nisbətən mürəkkəb və ağır cinayətlərin, hərbi prokurorluq orqanları aidiyyətinin, şəxslərə görə aidiyyətin DİO-ya aidiyyətin, DTX-nın səlahiyyətinə aid olan aidiyyətin, ƏN-yə aidiyyətin, habelə Gömrük, Vergi orqanları müstəntiqlərinin növ aidiyyətinin, qarışıq aidiyyətin ibtidai araşdırmanın ümumi (CPM-215 m.) şərtləri ilə uzlaşmada çaşqınlığın yaradabiləcəyi məsələdir. Komitənin təsis edilməsi ilə bir növ qeyd etdiyim orqanların istintaq fəaliyyətini komitədə yaradılacaq idarə və şöbələr nazirliklərin ekvivalenti kimi mikro nazirlik statusunda hərəkət edəcəklər.
Çox yaxşı olardı ki, Korrupsiyaya qarşı mübarizə idarəsi Dövlət Başçısının yanında, yalnız ona tabe olmaqla (yaradılaydı) təsis ediləydi. Korrupsiyanın hamının anladığı mənada tərifini versək- vəzifəli şəxsin pulla ələ alınması, pula satılması, dövlətin etibar və etimad etdiyi vəzifəsinə xəyanəti, dövlətin sütunlarına təhdid, şəxsi, qohum, dost maraqlarına üstünlük verməsi kimi yozulur. Hakimiyyətə daha çox etimadsızlıq halları dövlət qulluqçuları tərəfindən yönəldiyindən korrupsiya ilə mübarizə idarəsinin məhz icra hakimiyyətinin mənsub olduğu Prezidentin nəzdində (yanında) funksiyası hüquqi məntiqlə daha çox uzlaşır. Korrupsiya hüquqpozmaları barədə məlumatları Prezident 2-ci, 3-cü şəxslərdən deyil, bilavasitə yanında olan idarənin birinci personasından alınması reallığı əks etdirir. Bu həm də məmurlar üçün hər gün “barmaq silkələmək”x9d, “həddinizi aşmayın”x9d mesajı kimi həyəcan siqnalına bərabər tutulardı.
Korrupsiyaya qarşı mübarizə idarəsinin Baş Prokurorluğun nəzdində, ona tabe olan bir qurum kimi yaradılması o deməkdir ki, korrupsiyaya hüquqpozmaları ilə bağlı faktların prokurorluq orqanlarında baş verəcəyi ehtimalı yoxdur və yaxud olmayacaq.
Qənaətimə görə cəmiyyətin indiki mərhələsində İK-nın təsis edilməsi nə prosesual qanunvericilik baxımından, nə də cəmiyyətdə sabitliyin qarantı və yaxud cinayətkarlıqla mübarizə üçün hələlik arzuolunan deyil.
Şəmsəddin Əliyev, hüquqşünas, "Polisə dəstək" İctimai Birliyinin sədri


































































































