Paytaxtdakı 59 nömrəli tam orta məktəbdə müəllimin şagirdlərə qarşı şiddət göstərməsi ilə bağlı yayılan videogörüntü ilə əlaqədar məktəbdaxili araşdırmanın aparılmasına dair tapşırıq verilib.
Bu barədə Bizim.Media-ya Bakı Şəhər Təhsil İdarəsindən bildirilib.
Bildirilib ki, məktəbin və müəllimin nüfuzuna xələl gətirən, tədris prosesinə uyğun olmayan bu kimi hallar yolverilməzdir:
“Ümumi təhsil məktəblərində müəllim-şagird münasibətlərinin tənzimlənməsinə hər zaman xüsusi önəm verilir, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi, müəllim nüfuzunun qorunması əsas amil kimi diqqət mərkəzində saxlanılır.
Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin qorunması, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması, uşaqların psixoloji dayanıqlılığının artırılması, müəllim-şagird və məktəb-valideyn münasibətlərinin tənzimlənməsi təhsil müəssisələri rəhbərlərinin qarşısında duran əsas vəzifələrdəndir".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:47 / 21.01.2023
BŞTİ: “59 nömrəli məktəbdə müəllimin şagirdlərə şiddət göstərməsi ilə bağlı araşdırma aparılır”
Hazırda oxunan: BŞTİ: “59 nömrəli məktəbdə müəllimin şagirdlərə şiddət göstərməsi ilə bağlı araşdırma aparılır”
Hazırda oxunan: BŞTİ: “59 nömrəli məktəbdə müəllimin şagirdlərə şiddət göstərməsi ilə bağlı araşdırma aparılır”
116005
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.