Zərdabda qaz xətti keçən ərazini yandıran şəxs SAXLANILDI 

Hazırda oxunan: Zərdabda qaz xətti keçən ərazini yandıran şəxs SAXLANILDI 

115873

Zərdabda qaz xətti keçən ərazini yandıran şəxs saxlanılıb.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu gün sosial şəbəkələrdə bir nəfərin qaz xətti keçən kolluq ərazini qəsdən yandırmasını əks etdirən görüntülər paylaşılıb.
Araşdırmalarla görüntüdə əks olunan hadisənin Zərdab rayonu ərazisində törədildiyi müəyyən edilib.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-texniki tədbirlərlə qaz xətti keçən kolluq ərazini yandıranın rayonun Şahhüseynli kənd sakini, 23 yaşlı Emil Rəşidov olduğu müəyyən edilərək saxlanılıb.

Hazırda araşdırmalar aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin