Qanlı 20 Yanvar faciəsindən 33 il ötür. Xalqımızın qan yaddaşında əbədi iz buraxmış bu qətliam Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu gün azadlığımızın rəmzi olan Şəhidlər Xiyabanına minlərlə insan üz tutub. O hadisələrin şahidliyini yalnız kitablardan vərəqləyən balaca dostlarımız da şəhidlərimizi ziyarətə və yad etməyə gəlib.
Bizim.Media-ya faciədən ürəkyanğısı ilə danışan azyaşlılar qanlı hadisədə uşaqların da şəhid olduğundan söz açıblar.
Bununla bağlı videosujeti təqdim edirik:
Alçina Amilqızı, Bizim.Media