Məşhur milyonçunun NƏVƏSİ: "Həyat yoldaşımla qızımı yaşlı bir kişi rus tanklarından xilas etdi" - ÖZƏL

Hazırda oxunan: Məşhur milyonçunun NƏVƏSİ: "Həyat yoldaşımla qızımı yaşlı bir kişi rus tanklarından xilas etdi" - ÖZƏL

115831

"20 yanvarı bu günki kimi xatırlayıram. Atamın həyətində idim. Həyat yoldaşım Məhəmməd Əliyev Cəfər oğlu evə gəlib söylədi ki, rus tankları gəlib dayanıb yolun ağzında. Dedi ki, mütləq ora getməliyəm. Söylədim ki, qızımı da apar. Qızım Fatiməxanımın iki yaşı vardı. Uşağımı tələm-tələsik geyindirib, qucağına verdim. Məhəmməd qızımı götürdü getdi".

Bu sözləri məşhur milyonçu Meşədi Cəfərin nəvəsi Mələkxanım Aslanova Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Azərbaycanın ümümxalq hüzün və faciəli 20 yanvar gününü xatırlayan 62 yaşlı Mələkxanım xanım həyat yoldaşı və qızının həyatını xilas edən bir yaşlı kişi olduğunu bildirib: 

"Orada insan seli yaşanıb. Onlar həyat yoldaşıma deyiblər ki, bu uşağı bura niyə gətirmisən? Yaşlı bir şəxs həyat yoldaşıma yaxınlaşıb, deyib ki, indi atışma olacaq, körpəni apar qoy evə. Məhəmməd yaşlı kişiyə "Atışmanın olacağını haradan bilirsən?" deyə sual verib. Amma yaşlı kişi sözlərinə əmin olduğunu deyib, uşağı evə aparmağə məcbur edib. Məhəmməd onun sözlərinə əməl edir. Qapıdan girəndə evimizdə divan vardı. Uşağı divanın üstünə qoyanda gördük ki, o onun qucağında yuxuya dalıb. Elə bu anda atışma başladı, hamımız dərhal evi tərk etdik.

Lakin uşaq yatmış vəziyyətdə qaldı divanda. Məhəmmədə dedim ki, getmə qal yanımda. Amma o sözümə qulaq asmadı, qaçdı getdi.

O səhərə yaxın geri döndü. Məhəmməd gördüklərindən dəhşətə gəlmişdi. Bir-bir baş verənləri danışdı. O zaman isə üç uşağım vardı. Buna görə də biz heç yerə getmədik. Evdə qaldıq. Hər dəfə 20 yanvarı televizorda baxanda yaşadığım o anlar, o saniyələr gözümün qabağından getmir.
Yadıma düşdükcə həyacan keçirirəm, gözlərim yaşla dolur. Hər dəfə də düşünürəm ki, həmin qoca şəxs kim idi ki, onu yollarda qalmamağı və uşağımız ilə evə qayıtmağı məcbur etdi, onları rus tanklarından xilas etdi. Amma həyat yoldaşım inana bilmirdi ki, atışma ola bilər. Onda bizə deyirdilər ki, gedin tankların üzərinə. Ruslar qorxsunlar və qaçsınlar. Məhəmməd deyirdi ki, haranısa yandıra bilərlər, amma atəş açıb insanları qırmazlar. Lakin vəhşiyə dönmüş rus əsgələri insanlarımızı qırdılar. Şükürlər olsun ki, qızım sağ gəldi. Həyat bizə bu hadisələrlə acı üzünü göstərdi".




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin