Bu gün Sovet qoşunlarının Bakıda törətdiyi qırğının 33-cü ildönümüdür.
Bizim.Media xəbər verir ki, bu gün ölkə ictimaiyyəti Şəhidlər xiyabanına gələrək 20 Yanvar qurbanlarının məzarlarını ziyarət edib.
Azərbaycanın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən vətən övladlarının əziz xatirəsini ananlar arasında məktəblilər, müəllimlər, müxtəlif dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri var.
Ziyarətçilər şəhidlərin məzarı önünə tər qərənfillər düzür, ruhlarına dualar oxuyur, xatirələrini əziz tuturlar.
Şəhidlər xiyabanından fotoreportajı təqdim ediik:
Bizim.Media