“Güllələnmiş divarlar və foto kadrlar faciənin əvəzsiz sübutları idi” - 20 Yanvar FOTOQRAFIN GÖZÜNDƏ 

Hazırda oxunan: “Güllələnmiş divarlar və foto kadrlar faciənin əvəzsiz sübutları idi” - 20 Yanvar FOTOQRAFIN GÖZÜNDƏ 

115816

Azərbaycan tarixinin qanlı və şanlı tarixi olan 20 Yanvar faciəsindən artıq 33 il ötüb. Lakin illər keçsə də, vətənin azyaşlısından tut, yaşlı vətəndaşına qədər hər kəs bu qanlı yaddaşı unutmur və unutdurmur. Təbii ki, qan yaddaşını yaşadan onu tarixə çevirən şahidlər də var ki, həmin günü həm mübariz, həm də kədər dolu anlarla xatırlayırlar. Elə fotoqraf Mirnaib Həsənoğlu kimi...

Mirnaib Həsənoğlu 20 Yanvar faciəsini öz gözləri ilə şahidlik etmiş, onu tarixə çevirmiş şəxslərdən biridir.
 

MÖVZU İLƏ BAĞLI:

20 YANVAR Azərbaycanda Ümumxalq Hüzn Günüdür


O illərdən fotoqraf kimi çalışan Mirnaib müəllim Bizim.Media-ya açıqlamasında həmin günləri belə xatırladığını deyir:

“Yanvarın 19-u 20-nə keçən gecə çöldən gələn səsləri eşidib hər kəs çölə çıxmışdı. Mən gecə Prezident aparatının yanında olmuşam, lakin səhəri gün baş verən hadisələri lentə ala bilmişəm. O dövrün çətinliyi, texniki çatışmazlığı bizə maneə yaradırdı. Məlumat o qədər az idi ki, insanlar saxta xəbərlərə inanır, panikaya düşürdülər. İnformasiya boşluğu yaşadığımız ən çətin anlar idi deyə bilərəm. O dövrdə elə şaiyələr gəzirdi ki, indi adam eşitsə vahiməyə gələr. Lakin buna baxmayaraq, insanlar birlik göstərirdilər. Mənim fotoya aldığım neçə-neçə şəkildə bu tamamən hiss olunur”.

Mirnaib Həsənoğlu əlavə olaraq bildirir ki, həmin gecəyə aid demək olar ki, az sayda fotolara rast gəlmək olar, çünki kadrları əldə etmək o qədər də asan deyildi:

“Mən səhər saatlarında faciənin baş verdiyi ərazilərdə fotolar çəkmişəm, insanların etirazı, divarlara şüarların yazılmasını, morqdan görüntülər, güllələnmiş divarlar və s. Bu günün xatirəsini əbədi yaşatmaq, gələcək nəsillərə ötürülməsi üçün həmin şəkillər bir növ dəlil-sübut rolunu oynayır. Çünki foto və videonun şahidlik etdiyi hadisənin heç bir izini tarixdən silmək mümkün deyil”, - deyə qeyd edən M.Həsənoğlu bu fotolardan sənədli film də hazırladığını diqqətə çatdırıb.








Səkinə Yusibli, Bizim.Media

QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin