İstanbulda Sultanəhməd Meydanında törədilən teror bizi ürəyimizdən vurdu. Türk və İslam dünyasının ümidgahı olan Türkiyə Cümhuriyyətinə qarşı edilən düşməncə hərəkətlər bütün türklərə və müsəlmanlara qarşı edilmiş düşməncə hərəkətlərdir. Türkiyənin düşmənləri hamımızın düşmənidir. Düşmənə qarşı mübarizədə hamımız birlikdəyik. 1915-ci ildə Çanaqqalada olduğu kimi, 1918-ci ildə yeni qurulan Azərbaycan Cümhuriyyəti və 1919-1923-cü illərdə Türkiyə Cümhuriyyəti işğaldan azad edilərkən olduğu kimi... Terora qarşı, işğala qarşı, bölücülüyə qarşı dayana bilmək üçün, istiqlalımızı, haqlarımızı, dostluğumuzu, qardaşlığımızı, şərəfimizi, namusumuzu, bu günümüzü, gələcəyimizi qorumaq üçün birliyimizi qorumalıyıq. Qarabağı azad etmək üçün, yadların əsarətində olan qardaşlarımıza istiqlalı daddırmaq üçün, qələbə qazanmaq üçün bir yerdə olmalıyıq. Sultanəhməddə həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm.
İxtiyar Şirin, keçmiş baş prokuror, Milli Konqres Partiyasının sədri
































































































