FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sərəncama götürülən rəisi, general-leytenant Şahmar Paşayev pensiyaya göndərilib.
Bizim.Media xəbər verir ki, bu barədə manşet.az-a açıqlamasında generalın özü məlumat verib.
"Mən hazırda pensiyadayam. Fövqəladə Hallar Nazirliyindən uzaqlaşmışam. 7 ildir işləyirdim, indi istirahət edirəm. İstirahət edəcəm, sonra baxım görüm nə edirəm."
Qeyd edək ki, Şahmar Paşayev ölkədə nüfuzlu generallardandır. O uzun illər polis orqanlarında çalışıb. Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini, Şamaxı, Yasamal, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində işləyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:48 / 20.01.2023
Azərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi - Özündən AÇIQLAMA - FOTO
Hazırda oxunan: Azərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi - Özündən AÇIQLAMA - FOTO
Hazırda oxunan: Azərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi - Özündən AÇIQLAMA - FOTO
115776
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.