“Qanlı Yanvar” hadisələrini hər dəfə xatırlayanda onun günahkarları kimi Sovet ordusu yada düşür. XI Qızıl Ordu adlanan sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar 33 il sonra da böyük sayqı və əqhrəmanlıq nümunəsi kimi bu gün də xalqımız tərəfindən anılmaqdadır. Milli məhvərimizin sarsılaraq bir daha təkamül etməsi tarixi kimi 20 yanvar 1990-cı il indi bütöv bir ideoloji istinad yerimizdir.
Ötən 33 ildə isə dünyanın dörd bucağında Azərbaycanın qəhrəman oğul və qızlarının azadlıq savaşı ehtiramla anılır və təqdir edilir. Sovet dövləti dağıldıqdan sonra isə 20 Yanvar hadisələri bütün ittifaq respublikaları üçün də örnək yeri oldu.
Hətta Rusiyanın özündə də xalqımızın qəhrəmanlığı müxtəlif tədbirlərlə həm Azərbaycan diasporu, həm də Rusiya vətəndaşları tərəfindən yad edilir.
Ötən 33 ildə isə Rusiyanın elm, mədəniyyət və dövlət xadimləri dəfələrlə Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin xatirəsinə öz ehtiramlarını bildiriblər.
MÖVZU İLƏ BAĞLI:
20 YANVAR Azərbaycanda Ümumxalq Hüzn Günüdür
Onların arasında Rusiya Fedarasiyası dövlətinin ən mühüm şəxsləri və bu gün də bu böyük ölkəni idarə edən siyasət adamları var.
Ona görə də ötən 33 ildə Şəhidlər Xiyabanını ziyarət etmiş və “Əbədi məşəl” önünə əklil qoymuş Rusiya liderlərinin və yüksək statuslu məmrlarının siyahısını hazırladıq. Kimdir onlar?
1. Rusiya Federasiyasının prezidenti Vladimir Putin
2. Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko
3. Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin
4. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov
5. Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu
6. Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev
7. Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnov
8. Rusiya Federasiyası Hökumətinin sədri (keçmiş) Dmitri Medvedev
9. Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri (keçmiş) Vyaçeslav Volodin
10. Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədrinin müavini Qalina Karelova
Surxay Atakişiyev, Bizim.Media