Azərbaycan Prezidenti İlham Əliyev Nərgiz Akif qızı Qurbanovaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.
Moderator.az-ın məlumatına görə, prezidentin digər sərəncamı ilə Nərgiz Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

































































































