Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, Ayxan Hacızadə paylaşımı “Twitter” hesabında edib.
“Bu gün Azərbaycan 1990-cı ilin 20 Yanvarını Azərbaycan xalqının xarici təcavüzə qarşı mübarizə tarixində qəhrəmanlıq səhifəsi kimi qeyd edir.
Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan günahsız şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik”, - deyə paylaşımda qeyd edilib.
Bizim.Media
Today, #Azerbaijan commemorates #20January1990, a heroic page in the history of struggle of Azerbaijani nation against foreign aggression.
— Aykhan Hajizada (@Aykhanh) January 19, 2023
We honor the blessed memory of the innocent victims who died for the sake of freedom, independence, & territorial integrity of Azerbaijan.?? pic.twitter.com/QEXefpE4Bg