Bakı şəhər prokurorluğunda Əməliyyat müşavirəsi keçirildi - FOTO 

Hazırda oxunan: Bakı şəhər prokurorluğunda Əməliyyat müşavirəsi keçirildi - FOTO 

115676

Yanvarın 19-da Bakı şəhər prokurorluğunun rəhbərliyi və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2022-ci ildə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib. 

Məlumata görə, müşavirə iştirakçıları tərəfindən şəhər prokurorluğunun inzibati binasında ölkəmizin davamlı inkişafının və tərəqqisinin təməl əsaslarını qoymuş Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilməklə xatirəsinə ehtiram əlaməti olaraq güllər düzülmüş, Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Giriş nitqi ilə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində 2022-ci ildə də bütün sahələrdə tərəqqi və inkişafa nail olunub, dövlətimizin beynəlxalq nüfuzu daha da möhkəmlənib. 
Elşən Abbasov, həmçinin, siyasi və iqtisadi sahədəki uğurlarımız, habelə işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış”ın reallaşması üçün həyata keçirilən geniş miqyaslı infrastruktur layihələri barədə məlumat verib. 

Vurğulanıb ki, həyata keçirilən müasir məzmunlu islahatlar nəticəsində Azərbaycan Prokurorluğu mütərəqqi iş prin¬sipləri əsasında fəaliyyət göstərən dövlət təsisatına çevrilib. 

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən müəyyənləşdirilən prinsiplər əsasında işini quran Bakı şəhər prokurorluğu və tabe ərazi rayon prokurorluqlarının fəaliyyəti nəticəsində 2022-ci ildə cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində ötən illərlə müqayisədə müsbət nəticələr əldə olunub. 

2022-ci il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 16724 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb ki, onların açılma faizi 87.3% təşkil edib. 

Müşavirədə həmçinin axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı konkret tapşırıqlar verilib. 

Əməliyyat müşavirəsində vətəndaş məmnunluğunun təmin edilməsi, onların qəbulu və müraciətlərinə baxılmasının daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunmaqla, xüsusilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən qazilərin müraciətlərinə təxirəsalınmadan baxılaraq, dərhal qəbul edilmələrinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməsinin vacibliyi vurğulanıb. 

Əməliyyat müşavirəsində Bakı şəhərinin tabe rayon prokurorları görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edərək, yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görüldüyünü bildiriblər. 
Müşavirəyə yekun vuran Bakı şəhər prokuroru Elşən Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da, dövlətə və dövlətçilik ideyalarına sədaqətlə xidmət etməklə cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin qorunması üçün səlahiyyət hədləri daxilində zəruri tədbirləri görəcəklərinə əminliyini ifadə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin