“Elektron siqaretlər Azərbaycan bazarından çıxarılmalıdır” – Şok SƏBƏBLƏR

Hazırda oxunan: “Elektron siqaretlər Azərbaycan bazarından çıxarılmalıdır” – Şok SƏBƏBLƏR

115647

Fırıldaqçıların “çay və elektron siqaret” problemi - AİB sədrindən açıqlama

“20 ildən çoxdur ki, Azərbaycanda davam edən elektron siqaret probleminə yeniləri də əlavə olunur. İstehlakçılar aldadılır, guya siqaretdən uzaqlaşdırmaq adı altında onlara ayrı-ayrı dərman maddələri, çaylar satılır”.

Bunu Bizim.Media-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

O bildirik ki, bunlar hamısı əhalini tütün məmulatlarından uzaqlaşdırmaq adı ilə satılan yalançı vasitələrdir:

“Bu cür vasitələr hamısı, o cümlədən elektron siqaret insanlara zərərli maddələrdir. Problem ondadır ki, elektron siqaret uzun müddət qanunlardan gizlənə bilib. Bu nə siqaretdir ki, dövlət orqanları müəyyən aksiz vergisi təyin etsin. Nə də elektron məhsul kimi xarakterizə etmək mümkün olmur.
Ona görə də qanunda olan boşluqlardan sitfadə olunaraq, ölkədə elektron siqaret bazarı irəliləyib. İllər boyu bu məhsulun geniş reklamı aparılıb.

Xüsusilə, qəzet köşklərində açıq reklamları gedib. Çox sayda bukletlərlə reklam olunub və s. Təbii vasitə kimi təqdim olunub. Əslində, elektron siqertlər siqaretin tərgidilməsi üçün heç bir effekt vermir. Əksinə, insanlara adi siqaret qədər zərərlidir”.

AİB sədri elektron siqaretlərin qiymətlərinin də çox baha olduğunu vurğulayıb.

“Tütün və tütün məmulatı haqqında Azərbaycan respublikasının qanunu siqaretlər üçün hansı məhdudiyyəti qoyursa, elektron siqaretlər üçün də həmin qadağalar qoyulmalıdır. Vasitənin reklamı birmənalı olaraq qadağan olunmalı və Azərbaycan əmtəə bazarından çıxarılmalıdır”, - deyə AİB sədri vurğulayıb.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin