Ehtiyyatda olan kapitan maliyyə nazirinə müraciət etdi...

Hazırda oxunan: Ehtiyyatda olan kapitan maliyyə nazirinə müraciət etdi...

115629
Ehtiyatda olan kapitan Tərlan Qurbanov Moderator.az -a məktub göndərərək maliyyə naziri Samir Şərifova müraciət ünvanlayıb.

Moderator.az həmin məktubu olduğu kimi təqdim edir:

"Azərbaycan Respublikasının Maliyyə Naziri Samir Rauf oğlu Şərifov cənablarına

Cənab Nazir ! Mən, 2014-cü ilin dekabr ayından ehtiyatda olan kapitan Tərlan Qurbanov xahiş edirəm ki, məni və mənim kimi minlərlə xidmətdə və ehtiyata olan hərbi qulluqçuları narahat edən aşağıdakı suallarıma cavab verəsiniz:

1.Nəzərə alsaq ki, MN və Baş Gərargahın yüksək rütbəli zabit və generalları istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya ilə artiq 2 il əvvəl təmin ediliblər, nədən digər hərbi qulluqçulara kompensasiyanın ödənilməsi prosesi bir belə müddətdir gecikdirilir?

2. Nəzərə alsaq ki, 2 il əvvəl ödənilmiş kompensasiyanın dollar ekvivalentində dəyəri manatın devolvasiyasından sonra ödəniləcək məbləqdən dəyərinə görə ən azı 100 % yüksəkdir, bu fərqə görə rəhbəri olduğunuz Maliyyə Nazirliyi məsuliyyət hiss edirmi, və buna görə fərqi azaldacaq hansı tədbiri nəzərdə tutub?

3. Kompensasiyanın ödənilməsində yaşanan fəaliyyətsizliyə görə daha çox hansı qurum günahkar sayilmalıdır: rəhbərlik etdiyiniz Maliyyə Nazirliyi və yaxud Müdafiə Nazirliyinin Maliyyə idarəsi?

4.Konpensasiyanın ödənilməsinin tezləşdirilməsi xahişi ilə şəxsən Sizə, Müdafiə Nazirinə, hətta ölkə başçısına dəfələrlə müraciət etməyimə baxmayaraq heç bir tədbir görülməyib. Xahiş edirəm bir məsləhət verəsiniz - daha hansı quruma müraciət etsəm bu məsələnin həlli üçün məsul şəxslər bir balaca məsuliyyət hiss edərək həllini tezləşdirə bilərlər?

Verəcəyiniz dolğun cavaba görə əvvəlcədən Sizə təşəkkür edirəm!

Ehtiyatda olan kapitan Tərlan Qurbanov. Xırdalan ş. 12.01.2016-cı il."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin