2022-ci ilin yanvar-dekabr aylarında 802 qaynar xətt telefon zəng xidmətinə 2172 vətəndaş müraciəti daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyası məlumat yayıb.
Məlumata görə, onların 272-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 821-i narkotik asılılıqdan müalicə, 1079-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izahı, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub.
Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün operativ şəkildə aidiyyəti orqanlara 1096 məktub ünvanlanıb.
Nəticə olaraq 821 nəfər narkotik asılılıqdan müalicə ilə əlaqədar ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar vətəndaşlar tərəfindən verilən məlumat əsasında 178 fakt üzrə cinayət işi açılıb, 56 məlumat üzrə keçirilmiş tədbirlər nəticəsində fakt təsdiqini tapmayıb, 18 müraciət istiqamətində hazırda əməliyyat tədbirləri davam etdirilir.
Eyni zamanda, ötən ilin müvafiq dövrü ilə müqayisədə qaynar xətt zəng xidmətinə 1042-dən çox müraciət daxil olub. Onlardan 71-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 562-si könüllü müalicə, 509-u isə şifahi xarakterli müraciətlər ilə bağlı olub.
“802 qaynar xətt” zəng xidmətinə müraciət edən narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:22 / 19.01.2023
Ötən il narkotiklə bağlı neçə fakt üzrə cinayət işi açılıb?
Hazırda oxunan: Ötən il narkotiklə bağlı neçə fakt üzrə cinayət işi açılıb?
Hazırda oxunan: Ötən il narkotiklə bağlı neçə fakt üzrə cinayət işi açılıb?
115626
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.