Şəmkirdə yerləşən Qazax-Tovuz Regional Təhsil İdarəsində ölüm hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, Tovuz rayon sakini, təhsil sektorunun metodisti Elçin Abdıyev işdən çıxarılmasına görə RTİ-nin müdiri Arslan Hacıyevin qəbuluna gələrək narazılığını ifadə edib.
Daha sonra E.Abdıyev yerə yıxılılıb və bir neçə dəqiqə sonra vəfat edib.
RTİ-dən qafqazinfo.az-a bildirilib ki, bu gün idarə müdirinin vətəndaş qəbulu zamanı vətəndaş Abdıyev Elçin Nadir oğlunun qəfildən halı pisləşib, əməkdaşların və təcili-tibbi yardımın ilkin müdaxiləsinə baxmayaraq o, dünyasını dəyişib.
Qeyd edilir ki, dekabrın 30-da onunla bağlanmış müddətli əmək müqaviləsinin vaxtı bitdiyi üçün əmək fəaliyyətinə xitam verilib.
“Elçin müəllim Tovuz rayonu üzrə təhsil sektorunda metodist vəzifəsində çalışıb. Uzun illər Tovuz təhsilinə xidmət etmiş Abdıyev Elçin Nadir oğlunun yaxınlarına baş sağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik” – məlumatda bildirilir.
Bizim.Media