Ötən gün Göygöl rayonunda baş verən yol qəzasında 8 yaşlı qız ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Belə ki, yanvarın 18-də saat 19 radələrində Göygöl rayonunun Hacıməlik qəsəbəsi ərazisində qəsəbə sakini B.Salmanovun idarə etdiyi “Opel” və Şəmkir rayon sakini A.Tağıyevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.
Nəticədə B.Salmanovun 8 yaşlı qızı Ləman hadisə yerində ölüb, anası isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bizim.Media