Sabunçuda yanmış kişi meyiti AŞKARLANDI  

Hazırda oxunan: Sabunçuda yanmış kişi meyiti AŞKARLANDI  

115481

Bakı şəhərinin Sabunçu rayonunda kişi meyiti tapılıb. 

Bizim.Media xəbər verir ki, yanvarın 18-i paytaxtın Sabunçu rayonunun Ləhiş bağları adlanan ərazisində yanmış kişi meyitinin tapılmasına dair məlumat daxil olmuşdur. 

Meyitin 14 yanvar 2023-cü il tarixdə yaşadığı evdən çıxıb bir daha geri qayıtmamış 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.A. olması ehtimal edilir. 
İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin özünü yandırmaqla intihar etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.  

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin