Fərəc Quliyev Zəlmixan Yaqubun vəfatıyla bağlı başsağlığı verib

Hazırda oxunan: Fərəc Quliyev Zəlmixan Yaqubun vəfatıyla bağlı başsağlığı verib

115456
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəklili Fərəc Quliyev xalq şairi Zəlmixan Yaqubun vəfatıyla bağlı başsağlığı verib. 

Başsağlığında bildirilir:


“Zəlmixan Yaqub Azərbaycan ədəbiyyatına verdiyi töhfələri ilə, xalq yaradıcılığına etdiyi xidmətlərilə, milli maraqlara xidmət edən ictimai-siyasi fəaliyyətilə Azərbaycan xalqının milli sərvətlərindən idi. O, nəinki bu dövlətin və bu xalqın layiqli övladı olmağı bacarmışdı, həm də öz bütöv düşüncəsiylə Turançılığa etdiyi xidmət sayəsində bütövlükdə Türk millətinin oğlu idi. Buna görə də Zəlmixan Yaqubun dünyasını dəyişməsi bütün xalqımız və Türk milləti üçün ağır itkidir.
Bu itki səbəbiylə, şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası adından Türk millətinə, Azərbaycan xalqına və mərhumun doğmalarına dərin hüzünlə başsağlığı veriririk.
Türk millətinin bu dəyərli övladına Allahdan rəhmət diləyirik. Ruhu şad, məkanı Cənnət olsun”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin