Ötən il Azərbaycanda neçə əkiz doğulub? – DİGƏR STATİSTİKALAR

Hazırda oxunan: Ötən il Azərbaycanda neçə əkiz doğulub? – DİGƏR STATİSTİKALAR

115448

Ötən ilin yanvar-noyabr ayında Azərbaycanda 3154 əkiz, 150 üçəm, 8 dördəm doğulub.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, ötən ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 112758 doğulan körpə qeydə alınmış və 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,1-dən 12,2-yə qədər artıb.

Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz olmuşdur. Doğulan körpələrdən 3154-ü əkiz, 150-si üçəm, 8-i isə dördəm olub.

Mənbə ölkədə ölüm səviyyəsinin azaldığını bildirib. Belə ki, 2022-ci ilin 11 ayında ölkə üzrə 55 681 ölüm halı qeydə alınıb. Bununla da, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,6-dan 6,0-ya düşüb.

Statistika Komitəsi Azərbaycanda boşanmaların da sayının azaldığını deyib.

Ötən ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələri tərəfindən 57033 nikaha daxilolma və 14525 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 6,2-yə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin