Şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı dövlət rüsumu artırılmayıb ”“ AÇIQLAMA

Hazırda oxunan: Şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı dövlət rüsumu artırılmayıb ”“ AÇIQLAMA

115447
“ASAN Xidmət”x9d mərkəzlərində şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı dövlət rüsumları artırılmayıb.

Bu barədə Oxu.Az-a açıqlamasında xa0Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bildirib.

“Əslində bu informasiyalar köhnədir. Bununla bağlı yeni qanun 2015-ci ilin dekabrın 1-də qüvvəyə minib”x9d, - deyə o qeyd edib.

Qeyd edək ki, KİV-də yazılan məlumata görə, “Asan Xidmət”x9d Mərkəzlərində şəxsiyyət vəsiqələrinin verilməsi il bağlı dövlət rüsümları 2 dəfədən çox artırılıb.

Xatırladaq ki, şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi Daxili İşlər Nazirliyi (DİN) tərəfindən “ASAN xidmət”x9d mərkəzlərində həyata keçirilir.

Məlumat üçün bildirək ki, bu il dekabrın 1-dən qüvvəyə minən “Dövlət rüsumu haqqında”x9d qanuna edilmiş dəyişikliyə əsasən, respublikamızın vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat məbləğində rüsum ödənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin