“Mərsiyə məclisləri İslamda haram sayılır” – İLAHİYYATÇI 

Hazırda oxunan: “Mərsiyə məclisləri İslamda haram sayılır” – İLAHİYYATÇI 

115436

İlahiyyat İnstitunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov yerli mətbuata müsahibəsində yas məclislərində ağıların, mərsiyələrin ləğv olunmasına çağırış edib. O, bildirib ki, yasda edilənlər dindən çox, adət-ənənələr üzrə formalaşıb. Bunların ləğvi isə inzibati qaydada mümkün deyil. Bu adətlər ancaq din xadimlərinin təbliğatı ilə aradan qaldırıla bilər. 

Mövzu ilə bağlı Bizim.Media-nın həmsöhbəti Tural İrfan bildirib ki, İslam dinində ağlaşma məclisi təşkil etmək, ağı demək qadağandır: 

“Bunlar İslam dinindən əvvəl ərəblərdə cahiliyyə dövründə olub və İslam dini gəldikdən sonra aradan çıxarılıb. Çünki İslam dininə görə, insan öldükdən sonra yaşayır, axirət dünyası var. Bu baxımdan da insan öldükdən sonra ağlamaq, üz cırmaq, ağı demək birmənalı şəkildə haramdır. Bu barədə Peyğəmbərin hədisləri var”.

İlahiyyatçının sözlərinə görə, Peyğəmbərdən sonra başqa dinlərin sirayəti ilə ağlaşma məclisləri İslama da keçib: 

“Bizdə də bunu aşırı, bayağı şəkildə təşkil edirlər. Xüsusi ağı deyən mərsiyəçilər var. Onlar, əsasən, iranyönümlü adamlardırlar. Həmin adamlar ağı məclisi adı altnda İran, şiəlik adı altında fars ideologiyasını təbliğ edirlər. O adamların özlərinin bu ideologiyadan xəbərləri yoxdur, cahil insanlardırlar. Lakin onları yönləndirənlər var”. 

İlahiyyatçı bildirib ki, sırf ayrımçı, nifaq ideologiyası ilə yüklənən belələri, əsasən də şəhidlərimizin yas məclislərində vəziyyətdən sui istifadə edirdilər:

“Dəfn mərasimlərində siyasi şüarlar səsləndirməklə, nifaq salan sözlər işlətməklə ağı deyərək həm şəhidlərimizin ruhunu incidir, həm də cəmiyyət arasında ikrah hissi yaradırdılar. Şükür ki, hüquq mühafizə orqanlarının əməkdaşları onların qarşısını alıb”.

Tural İrfan bu adət-ənənənin aradan qaldırılması üçün milli ruhanilərə üstünlük verilməli olduğunu bildirib: 

“Ağı deyən kişilər, qadınlar var ki, bundan pul qazanırlar. Belə şeylər ölüyə təhqir, hörmətsizlikdir. Cənazənin başına əlli nəfər yığılır, ağlaşma məclisi qurur. Bu, birmənalı şəkildə İslamda haram və qadağandır. Peyğəmbərdən hədislər var ki, ölən şəxsin yanında ağlamaq olmaz, xoş sözlər danışmaq lazımdır. İndiki halda bu adət-ənənəni aradanqaldırmağın yolu milli ruhanilərimizə, din xadimlərimizə üstünlük verilməsidir. Ancaq onlar bu yanlış adət-ənənənin əleyhinə təbliğat apara bilərlər”. 

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin