60-dan çox nardaranlı həbs olunub

Hazırda oxunan: 60-dan çox nardaranlı həbs olunub

115430
Bakının Nardaran qəsəbəsində ümumilikdə 60-dan çox şəxs barəsində inzibati qaydada həbs tədbiri seçilib.

Moderator.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən xəbərə görə, hazırda inzibati qaydada həbs olunan 15 Nardaran sakini Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır.

Məlumata görə, inzibati qaydada həbs olunan şəxslərdən 50-dən çoxu artıq azadlığa buraxılıb.

Qeyd edək ki, ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin