“Yüngül hərarət, başgicəllənmə, halsızlıq, peyvəndlənmədən sonra baş verə biləcək təsirlərə aiddir. Statistik olaraq, ölkədə bu günə kimi peyvənddən sonra ağırlaşma və ya buna bənzər hər hansı bir hal qeydə alınmayıb”.
Bu barədə Bizim.Media-ya Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Elvin Hacıyev məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
"Bugünkü peyvəndlər təsirli olmasa, yeniləri hazırlana bilər" - Baş infeksionist
Nazirliyin sözçüsü bildirib ki, hazırda vaksinasiya strategiyaya uyğun olaraq davam edir.
Nazirliyin əməkdaşı 2-ci dozanın nə zaman vurulacağına da aydınlıq gətirdi:
“Əgər, 1-ci dozadan sonra peyvənd olnmuş şəxs COVİD-19 infeksiyasına yoluxarsa bu zaman təyin olunan tarixdə 2-ci dozanın vurulması saxlanılır. 2-ci dozanın tarixi həmin gün peyvənd olunan insanın tam sağlam olması ilə də əlaqədardır. Əgər səhhətində yüngül narahatlıq, təzyiqin normadan aşağı və ya yuxarı olacağı təqdirdə həkim tövsiyyəsi ilə bir neçə gün sonrakı tarixə təyin edilə bilər”.
Onu da qeyd edək ki, fevralın 15-dən səhiyyə işçilərinə ikinci doz vaksinin vurulmasına başlanılacaq. İkinci doz vaksin ilk peyvənd vurulmasından 21 gün sonra tətbiq olunur.
Xatırladaq ki, ölkəmizdə Çinin SinoVac şirkətinin istehsal etdiyi “Coronavac” peyvəndindən istifadə olunur.
Gül Qədirli, Bizim.Media