Lavrov: "Azərbaycan nümayəndələri ilə Qarabağ ermənilərinin görüşü olub" - VİDEO

Hazırda oxunan: Lavrov: "Azərbaycan nümayəndələri ilə Qarabağ ermənilərinin görüşü olub" - VİDEO

115419

"Laçın dəhlizi Azərbaycan, Ermənistan və Rusiya liderlərinin razılığı ilə malların, vətəndaşların və nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır".

Bizim.Media "eadaily.com"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə görə, həmin yoldan heç bir hərbi yük keçməməlidir.

“Azərbaycan məlumat verib ki, Ermənistan tərəfi Azərbaycanın mövqelərinə yaxın əraziləri minalamaq üçün oraya Laçın yolu ilə mina çatdırıb. Hazırda Rusiya sülhməramlıları bunun necə həyata keçirildiyini araşdırır”, - deyə o, qeyd edib.

Diplomatın fikrincə, Rusiya sadə bir şey təklif edib: “Sülhməramlıların nəqliyyata nəzarət etmək səlahiyyəti var və bu cür yüklərin qarşısını almaq üçün nəqliyyat vasitələri yoxlanılmalıdır. Bunun üçün bütün tərəflərin razılığı lazımdır”.

Lavrov qeyd edib ki, dünən üç tərəf (Azərbaycan, Qarabağ erməniləri, rus sülhməramlıları) arasında danışıqlar aparılıb: “Düşünürəm ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq”.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin