Qurbana çevrilmək istəmirsinizsə, bunları bilin - DİN-dən ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Qurbana çevrilmək istəmirsinizsə, bunları bilin - DİN-dən ÖZƏL AÇIQLAMA

115410

“Bəzi şəxslər sosial şəbəkə platformalarında haker qrup səhifələri açaraq “mesajları əldə etmə”, “telefon dinləmə”, “sosial şəbəkə hesablarının sındırılması”, “kiber xidmətlərin təşkili” adı ilə dələduzluq hallarına rast gəlinməkdədir”.

Bu barədə Daxili İşlər Nazirliyinin Bizim.Media-nın sorğusuna cavabında bildirilib. Qeyd edilib ki, son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslərin sosial media və elan saytları üzərindən ticarət edən vətəndaşların satışa çıxardığı məhsulları guya almaq məqsədilə bank kartı məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir:

“Özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirib bank kartı məlumatlarının əldə edilməsinin şahidi oluruq. Həmin şəxslər vətəndaşlara, xüsusilə sayta xarici nömrələrdən zəng edərək və “Whatsapp” vasitəsilə yazaraq guya alacağı məhsulun ödənişini etmək məqsədilə şəxsi bank kartı məlumatlarını əldə edirlər.

Daha sonra onlar vətəndaşların bank kartlarındakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) əldə etməyə çalışırlar.

Həmin məlumatları əldə edəndən sonra dələduzlar tərəfindən kart sahiblərinin xəbərləri belə olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirilir və vəsaitlər mənimsənilir.

Bundan başqa bəzi şəxslər sosial şəbəkə platformalarında  haker  qrup səhifələri açaraq “mesajları əldə etmə”, “telefon dinləmə”, “sosial şəbəkə hesablarının sındırılması”, “kiber xidmətlərin təşkili” adı ilə dələduzluq hallarına da rast gəlinməkdədir. Bütün bu hallara qarşı DİO tərəfindən zəruri qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur”.

Nazirlik vətəndaşları diqqətli olmağa çağırıb: 

“Vətəndaşları onlayn ödəniş zamanı diqqətli olmağa çağırır və kibercinayətkarlıqla üzləşdikləri təqdirdə DİN-in “102 – Xidməti Zəng Mərkəzi”, həmçinin sosial şəbəkələrdə polisazərbaycan rəsmi səhifələri vasitəsi ilə məlumat vermələrini xahiş edirik".

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin