Azərbaycanda daha iki universitet fevralın 15-dən ənənəvi tədrisi bərpa etməmək barədə qərar verib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ikinci smestri onlayn şəkildə davam etdirəcək.
MÖVZU İLƏ BAĞLI:
Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris bərpa olunur - RƏSMİ
ADAU-dan bildirilib ki, tədris distant (onlayn) formada və ADAU TV vasitəsilə keçiriləcək.
AzTU-nun mətbuat katibi Sevinc İsgəndərova “Report”a bildirib ki, tədris onlayn şəkildə davam edəcək: "Laboratoriya dərslərində virtual laboratoriya təqdim olunacaq".
Xatırladaq ki, bir neçə gün öncə "Report" fevralın 15-dən hansı ali məktəblərin ənənəvi tədrisi bərpa edib-etməyəcəyi barədə araşdırma aparmışdı.
Bizim.Media