İşğaldan azad olunmuş Kəlbəcər rayonunun İstisu ərazisində sularda radonun qatılığı təyin olunub. “Aşağı İstisu” ərazisinə yaxın yeni qazılmış artezian quyusunun termal sularında radioaktiv radonun konsentrasiyası yol verilən həddən kiçik olub.
Bizim.Media-nın məlumatına görə, AMEA-nın Radiasiya Problemləri İnstitutunun qeyd olunan ərazilərdə apardığı araşdırmalar nəticəsində bir sıra məqamlar ortaya şıxıb.
Belə ki, rayonun Bağırsaq kəndində Dəlidağ silsiləsinin qərb dağətəyində soyuq və termal sularda radioaktiv radonun konsentrasiyası Yol verilən həddən 100 dəfələrlə çoxdur və bu sular içmək üçün yararsızdır:
“Bu ərazidə radioaktiv fonun qiyməti də Yol verilən həddən 15 dəfəyədək yüksəkdir”.
Bundan başqa, işğaldan azad edilmiş ərazilərin bəzi ağac bitkilərinin yarpaqlarında paramaqnit mərkəzlər öyrənilib. Tədqiqatlar əsasında məlum olub ki, ekoloji çirklənmə bitkilərdə maqnitlənmə effektinin yaranmasına səbəb olub.
Bildiyimiz kimi, Ermənistanın işğalı zamanı Azərbaycanın bu ərazilərində müxtəlif radioktiv tulalntıların basdırılması haqqında məlumatlar yayılmışdı. Eyni zamanda Ermənistan ərazisindən axıdılan zəhərli sular, istifadə olunan silah növləri də ekoloji çirklənmənin səbəblərindəndir.
Hazırda AMEA-nın Radiasiya Problemləri İnstitutunun araşdırmaları davam edir, zəhərlənmənin dəqiq səbəbləri araşdırılır.
Bizim.Media olaraq bu mövzu ətrafında araşdırımalarımız olacaq.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:30 / 18.01.2023
DİQQƏT: Kəlbəcərdə içməli sular zəhərlənib - Radiasiya İnstitutu XƏBƏRDARLIQ EDİR
Hazırda oxunan: DİQQƏT: Kəlbəcərdə içməli sular zəhərlənib - Radiasiya İnstitutu XƏBƏRDARLIQ EDİR
Hazırda oxunan: DİQQƏT: Kəlbəcərdə içməli sular zəhərlənib - Radiasiya İnstitutu XƏBƏRDARLIQ EDİR
115401
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.