Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə dünya şöhrətli aşpaz Tomas Quqler Qarabağ hotelində "master-klass" keçib və milli yemək bişirib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, aşpaz yeni bişirdiyi yeməyə "Şuşalı" adını verib.
“Mən əsasən, Azərbaycan xalqından ilham alıram. Məndən soruşanda ki, “Ustad dərsi necə olsun?” mən dedim stola sadəcə olaraq Azərbaycan biomüxtəlifliyi olan inqredientlərdən qoyarsınız. Mən gəlib burdakı təbiətdən ilham alıb özüm bir resept hazırlayacam.
Gördüyünüz balıq, toyuğun xırçıldayan hissəsi və Azərbaycan meyvələri - ərik, üzüm, bibər və tərəvəzlərdən ibarət "Şuşalı" adında kreativ yemək hazırladıq. Bu mənim üçün sadəcə bir prosesdir. Bu sadəcə bişirmə texnikasından ibarətdir. Modern bir texnikadır və bu normaldır.
Mən boşqablarda bir incəsənət əsəri yaradıram. Yeməyin görünüşü və bişirmə texnikası məhsulları qədər vacibdir”, - Tomas Quqler vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:10 / 18.01.2023
Dünya şöhrətli aşpaz \"Şuşalı\" yeməyini necə hazırladı?
Hazırda oxunan: Dünya şöhrətli aşpaz \"Şuşalı\" yeməyini necə hazırladı?
Hazırda oxunan: Dünya şöhrətli aşpaz \"Şuşalı\" yeməyini necə hazırladı?
115392
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.