Azərbaycanda ailə məhkəmələri yaradılsın - TƏKLİF

Hazırda oxunan: Azərbaycanda ailə məhkəmələri yaradılsın - TƏKLİF

115356

Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif edilir.

Bizim.Media xəbər verir ki, bu təkliflə deputat Sədaqət Vəliyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında çıxış edib.

S.Vəliyeva həmçinin nikah müqaviləsi ilə bağlı da dinləmələr keçirilməsini təklif edib. “Biz nikah müqaviləsinin adını dəyişib, evlilik anlaşması kimi qanunvericiliyə daxil etməliyik. İkincisi bizim ailə məhkəmələrinə ehtiyacımız var. Mövcud məhkəmələrin ailənin niyə dağılması ilə maraqlanmağa vaxtı yoxdur”, - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin