Xalq şairi uzun sürən xəstəlikdən sonra vəfat edib.
Xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.xa0
Moderator.az xəbər verir ki, ailəsindən verilən məlumata görə, o, bir neçə dəqiqə əvvəl vəfat edib.xa0
Zəlimxan Yaqub uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. Hər iki böyrəyi olmayan ictimai xadim son vaxtlar dializ qəbul etməklə yaşayırdı.xa0
Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunda anadan olub. 2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülən Zəlimxan Yaqub Məmməd Araz ədəbi mükafatı, "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni kimi bir sıra yüksək mükafatlara layiq görülüb.xa0
2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü idi.
Qeyd edək ki, bu gün xalq şairini ziyarət etmiş şair Anar Amin Moderator.az-a açıqlamasında xalq şairinin ev şəraitində, həkim nəzarətində müalicə olunduğunu bildirmişdi.xa0
Allah Rəhmət eləsin!



































































































