Göyçayda 8 aylıq hamilə qadın qəfildən dünyasını dəyişməyinin səbəbi məlum olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonun Çərəkə kənd sakini 1997-ci il təvəllüdlü Fidan Kərimova yaşadığı evdə eltisi olan bacısı ilə evdən həyətə düşən zaman anidən halı pisləşib.Fidanın halının pisləşdiyini görən bacısı qışqırmağa başlayıb.
MÖVZU İLƏ BAĞLI:
Göyçayda FACİƏ - Hamilə qadın yaşadığı evdə qəfil dünyasını dəyişdi
Bu zaman həyətdə ki tövlədə iş görən qaynatası Qadir Kərimov da dərhal səsə gəlib.
İlk hamiləliyini yaşayan qadının halını pisləşən görən yaxınları dərhal təcili tibbi yardımı köməyə çağırıblar.Dərhal ünvana gələn həkim birqadası ailəyə hər şeyin artıq gec olduğunu bildirib. Bundan sonra onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspetiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.
Bundan sonra Göyçay rayon Mərkəzi xəstəxanasında Fidan Kərimovadan götürülən qan nümunələrindən sonra hamilə qadının ölümünə səbəb trombombeliya olduğu məlum olub.
Yaxınları son günlərinə qədər hamilə qadını nəzarətdə saxlayan mama ginekoloqdan hamiləliyinin bir fəsadı olması barədə mütəmadi olaraq məlumat alıblar, ginekoloq - həkim isə qadının hamililəyinin normal olduğunu bildirib.
Qeyd edək ki, cütlük 3 ilə yaxındır ki ailə qurublar və dünyasını dəyişən qadının ilk övladı olacaqdı.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu