Azərbaycanda TikTok-a giriş məhdudlaşdırılacaq? – RƏSMİ QƏRAR

Hazırda oxunan: Azərbaycanda TikTok-a giriş məhdudlaşdırılacaq? – RƏSMİ QƏRAR

115248

Məlumdur ki, TikTok sosial şəbəkə platformasında yayımlanan bir sıra video kontentlər heç də ürəkaçıcı deyil. Hazırda bu paylaşımlar daha da geniş hal almağa başlayıb. Bir müddət öncə TikTok- a qoyulan məhdudiyyət az da olsa sözügedən video kontentlərin azalmasında bir növ fayda vermişdi.

Bəs bunları nəzərə alsaq, aidiyyatı qurumlar yenidən TikTok platformasına istifadəçilərin girişini məhdudlaşdıra bilərmi? Bu addım gözləniləndir?

Bizim.Media olaraq sualımızı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanladıq.

Qurumun Elektron Təhlükəsizlik Xidmətindən verilən açıqlamaya görə, hazırda hər hansı məhdudiyyət gözlənilmir:

“Bildiririk ki, sosial şəbəkələrdə istifadəçilər tərəfindən edilən paylaşımlar həmin sosial şəbəkələrin inzibatçıları tərəfindən müəyyən edilmiş qayda və şərtlərlə tənzimlənir. Gələcəkdə “Tik-Tok” sosial şəbəkəsinin Azərbaycan seqmentinin istifadəçiləri üçün məzmun keyfiyyətinin artırılması ilə bağlı layihələrin həyata keçirilməsi nəzərdə tutulur”, - deyə qurumdan bildirilib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin