AMEA Rəyasət Heyəti aparatının strukturunda dəyişiklik olunub – YENİLİK

Hazırda oxunan: AMEA Rəyasət Heyəti aparatının strukturunda dəyişiklik olunub – YENİLİK

115239

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının strukturunda bir sıra dəyişikliklər edilib.

Bizim.Media xəbər verir ki, dəyişkliklərlə bağlı qərar AMEA Rəyasət Heyətinin iclasında müzakirə olunaraq təsdiqlənib.

Belə ki, AMEA Rəyasət Heyətinin qərarı ilə əlavə maliyyə vəsaiti tələb etmədən daxili imkanlar hesabına aparatın Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsi Elm və təhsil şöbəsi, Beynəlxalq əlaqələr və xaricdə elmi tədqiqatların (təhsilin) təşkili şöbəsi Beynəlxalq əlaqələr şöbəsi, Media və informasiya şöbəsi İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi, Kadr potensialı və təhsil şöbəsi İnsan resursları şöbəsi, Hüquqi təminat şöbəsi Hüquq şöbəsi, Ümumi şöbə Sənədlərlə iş şöbəsi, Elmi irsin və sənədlərin arxivləşdirilməsi şöbəsi isə Elmi irs şöbəsi kimi müəyyən edilib. Maliyyə şöbəsi ləğv edilərək, onun bazasında Maliyyə və mühasibat şöbəsi yaradılıb.

İclasda, həmçinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi cərəyanlar sektorunun ləğv edilərək Ədəbiyyat nəzəriyyəsi şöbəsinə birləşdirilməsi barədə qərar qəbul edilib.

Bundan başqa, Rəyasət Heyətinin qərarı ilə fəaliyyət istiqamətləri eyni olduğu üçün Folklor İnstitutundakı Musiqi folkloru şöbəsi ləğv edilərək, Memarlıq və İncəsənət İnstitutundakı Xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsinin bazasında Musiqi folkloru adlı yeni şöbə yaradılıb.
Eyni zamanda Akademiyada Albanşünaslıq üzrə tədqiqatların vahid mərkəzdən və sistemli şəkildə tədqiq olunmasını təmin etmək məqsədi ilə Memarlıq və İncəsənət İnstitutunun Alban memarlığı və incəsənəti şöbəsi Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin tərkibinə keçirilib.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin