Gömrük Komitəsinə yeni səlahiyyət verildi

Hazırda oxunan: Gömrük Komitəsinə yeni səlahiyyət verildi

115229

Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi qaydalarına dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 9 №-li Qərarına dair İzahda bildirilib.

Qərarda prekursorların illik tələbata uyğunluğu yoxlanıldıqdan sonra ölkəyə buraxılması mexanizmi tənzimlənir.

Bununla bağlı Qərarda prekursorların illik tələbatının təsdiq edilməsi, həmçinin illik tələbatın həcminin dəyişdirilməsi barədə qəbul edilmiş qərarın real vaxt rejimində İqtisadiyyat və Səhiyyə nazirlikləri tərəfindən prekursorların idxalına ixracına, tranzit nəql edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinə göndərilməsi barədə müddəalar nəzərdə tutulub.
Həmçinin Qərarda prekursorlara olan illik tələbat barədə müraciətə prekursorların adı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu, mənşəyi və istifadə məqsədinə dair məlumatların əlavə edilməsi ilə bağlı müddəlar əks olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin