Azərbaycanda genderə həssas təhsil sisteminə həsr olunmuş konfrans keçiriləcək

Hazırda oxunan: Azərbaycanda genderə həssas təhsil sisteminə həsr olunmuş konfrans keçiriləcək

115191

“Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bu barədə Bizim.Media-ya Təhsil İnstitutundan məlumat verilib. 

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı üzrə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında 26 yanvar 2023-cü il tarixində “Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Konfransda genderyönümlü pedaqogika sahəsində beynəlxalq təcrübəni öyrənmək, aidiyyəti qurumların və mütəxəssislərin iştirakı ilə əməkdaşlıq platforması yaratmaq, genderyönümlü pedaqogika üzrə məzmunu pedaqoji kadr hazırlayan ali və orta təhsil müəssisələrində ilkin pedaqoji və ixtisasartırma təhsilinin kurikulumuna inteqrasiya etmək və genderyönümlü təhsil mühitinin inkişafını təşviq etmək məqsədilə məruzələr dinləniləcək və iştirakçıların sualları cavablandırılacaq.

Orta məktəb müəllimləri, pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin müəllim və tələbələri üçün nəzərdə tutulan konfransda iştirak etmək istəyənlər 22.01.2023-cü il tarixinədək //greskonfrans.az/ saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən şəxslərə konfransa "Zoom" platforması üzərindən onlayn qoşulmaq üçün məlumat (link) göndəriləcəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin