“DəmirBank”x9d tələbələr və universiteti yeni bitirmiş istedadlı gənclər üçün nəzərdə tutulmuş “Qış Təcrübə Proqramına”x9d start verib. Təcrübəçilər təcrübə zamanı dərin biliklərə yiyələnmək, güclü komandada çalışmaq və müvəffəqiyyətli karyera üçün lazım olan texniki və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar.xa0
Proqram güclü potensialı və Bank daxilində sürətli adaptasiya nümayiş etdirmək qabiliyyətinə malik müxtəlif ixtisas sahələrində olan tələbələr üçün nəzərdə tutulub. Təcrübə müddəti tələbələrin və Bankın razılığı ilə 1 aydan 3 ayadək müddətdə davam edəcək.
Proqramda iştirak üçün CV formaları 19 yanvar 2016-cı il tarixinədək [email protected] ünvanına mövzu hissəsində “Qış Təcrübə Proqramı”x9d yazmaqla göndərilməlidir.
Qeyd etmək lazımdır ki, bundan əvvəl də tələbələr üçün “DəmirBank”x9d tərəfindən “Yay Təcrübə Proqramı”x9d reallaşdırılmışdır. Təcrübə müddətində tələbələr ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq layihələrdə və əməliyyatlarda iştirak etmişdirlər. Proqramın davamı kimi, təcrübəçilər üçün Masallı rayonunda düşərgə təşkil olunmuşdur ki, orada komanda ilə işləmək, liderlik, yaradıcılıq, qərar vermək kimi fərdi keyfiyyət və bacarıqlarını nümayiş müxtəlif xa0intellektual, əyləncəli oyunlar keçirilmişdir.xa0
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi : xa0(012) 149xa0
xa0//www.demirbank.az/?/az/
www.facebook.com/demirbank.az





























































































