4 aylıq həbs edilən və Bakı İstintaq Təcridxanasında saxlanılan “Baku Steel Company” şirkətinin keçmiş rəhbəri Rasim Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı iddialar səsləndirilir.
Bizim.Media-ya danışan Rasim Məmmədovun vəkili Elçin Sadıqov bildirib ki, müvəkkili həbs olunandan bəri onunla görüşə bilməyib. “Rasim Məmmədovdan xəbərsizəm. Görüşə bilmədiyim üçün də ev dustaqlığına buraxılması ilə bağlı özünün mövqeyini bilmirəm”.
MÖVZU İLƏ BAĞLI:
Rasim Məmmədov 4 aylıq həbs edildi
Qeyd edək ki, R.Məmmədov barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri üzrə ittiham irəli sürülüb.
Alçina Amilqızı, Bizim.Media