Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT Cenevrə Ofisinin toplantısı keçirildi - FOTO 

Hazırda oxunan: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT Cenevrə Ofisinin toplantısı keçirildi - FOTO 

115112

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT Cenevrə Ofisinin Cenevrədəki Ali-Səviyyəli toplantısı keçirilib. 

Mərkəzdən Bizim.Media-ya verilən xəbərə görə, toplantı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisinin birgə təşkilatçılığı ilə həyata keçib. 

"Parçaları Toplamaq: Bölünmüş Dünyanın Bərpasındakı Çətinliklər" başlığı ilə keçirilən Ali Səviyyəli toplantıda Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Dr. Tedros Adhanom Qebreyesus, BMT-nin Cenevrə Ofisinin baş direktoru xanım Tatyana Valovaya, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino o cümlədən Xorvatiyanın sabiq prezidenti xanım Kolinda Qrabar-Kitaroviç, İsveçrənin sabiq prezidenti Mişelin Kalmi Rey, Gürcüstanın sabiq prezidenti Giorgi Marvelaşvili, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev, Norveçin sabiq baş naziri Kyel Maqne Bondevik, Belçikanın sabiq baş naziri İv Leterm və Ərəb Liqasının sabiq baş katibi Amr Musa daxil olmaqla dünyanın 22 ölkəsindən 13 sabiq prezident, 6 sabiq baş nazir və 10-dan çox sabiq xarici işlər naziri toplantıda iştirak edib. 

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan edilmiş “Nizami ili” çərçivəsində, Mərkəz tərəfindən nəşr olunan “Qələmin Sehri” – Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmalar kitabının xüsusi nəşri Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorinoya, İsveçrənin sabiq Prezidenti Mişelin Kalmi Reyə təqdim olunub. 
Məlumat üçün bildirilib ki, tədbir çərvivəsində X Qlobal Bakı Forumunun yekun hazırlıqları səbəbi ilə təşkilat komiyəsinin dördüncü toplantısı keçirilib. Qeyd edək ki, Forum çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə beynəlxalq konfransin keçirilməsi qərarlaşdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin