"Bu dəfə tətilimi ölkəmizdə keçirdim".
Bizim.Media xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında tətildən qayıdan Milli Məclisin deputatlarından Elman Nəsirov deyib.
Deputat qeyd edib ki, tətildə olduğu müddətdə işgüzar fəaliyyətlə məşğul olub:
"Qeyd edim ki, həm Şamaxıda, həm də Cəlilalabda oldum. Demək olar ki, işgüzar rejimdə fəaliyyət göstərmişəm. Məqalələr yazdım, müsahibələr verirəm, televiziya kanallarında çıxışlarım oldu. Qeyd edim ki, Cəlilabada xeyli qar yağmışdı deyə, müəyyən problemlər yaranmışdı. Orada müəyyən məsələlərin həll edilməsində iştirak etdim. Həddən artıq xətlər yükləndiyindən işıqlar sönmüşdü və dərhal da rayonda işıq idarəsi bu prosesə reaksiya verdi.
Bundan başqa, seçicilərimlə görüşdüm. Yəni, prinsip etibarilə tətildə istirahətim olmayıb. İşin özünə elə istirahət kimi baxıram".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:02 / 16.01.2023
"Tətildə istirahətim olmayıb, işin özünə elə istirahət kimi baxıram" — Elman Nəsirov
Hazırda oxunan: "Tətildə istirahətim olmayıb, işin özünə elə istirahət kimi baxıram" — Elman Nəsirov
Hazırda oxunan: "Tətildə istirahətim olmayıb, işin özünə elə istirahət kimi baxıram" — Elman Nəsirov
115092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.