Torpaqlarımız işğaldan azad olunduqdan sonra hər gün daha bir erməni vəhşiliyi üzə çıxır.
Bizim.Media xəbər verir ki, Ağdamın Qaracı məzarlığının yeni görüntüləri Facebok sosial şəbəkəsində paylaşılıb. İzləyicilərin biri tərəfindən yayımlanan videoda yerlə-yeksan olan məzarlıq görənləri kədərləndirir.
MÖVZU İLƏ BAĞLI:
Ağdamın viran qoyulmuş daha bir kəndinin görüntüləri - VİDEO
Bir salamat qəbir daşı qalmayan qəbirstanlıq ermənilər tərəfindən əkin sahəsinə çevrilib.
Gözlərini kin tutan, insanlıqdan uzaq olan erməni vandalları azərbaycanlı qəbirstanlığını əkin sahəsinə çevirərək, qəbirstanlığı tapdaq altı ediblər.
Sözügedən görüntünü təqdim edirik:
Vüsalə Balayeva, Bizim.Media