Gəncə şəhər Ozan küçəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxana binasında yanğın baş verib.
TƏBİB-dən Bizim.Media-ya bildirib ki, nəticədə 10 nəfər yataqxananın tələbəsi tüstüdən zəhərlənmə diaqnozu ilə Abbas Səhhət adına xəstəxanaya, 1 nəfər isə Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya yerləşdirilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda universitet yataqxanası YANIR – Heç kimin xəbəri YOXDUR? – VİDEO
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabildir.
Bizim.Media