Ötən ilin noyabrda Bakının Binəqədi rayonunda baş verən avtomobil qəzasında dünyasını dəyişmiş 17 yaşlı qızın valideynləri bu cinayətin üstünün ört-basdır edilməsindən narahatdır. Söhbət ondan gedir ki, 18 yaşlı qızı avtomobillə vurub öldürən şəxs barəsində heç bir intizam tədbiri görülməyib və o, hələ də azadlıqdadır.
Moderator.az koordinat.az-a istinadən xəbər verir ki, ölümlə nəticələnən bu hadisə ötən il noyabrın 11-də Binəqədi qəsəbəsində baş verib. Belə ki, səhər saat 7 raddələrində yaşadığı ünvandan təhsil aldığı orta ixtisas məktəbinə yollanmaq üçün yolu keçən 1997-ci il təvəllüdlü Zəhra Rəhimovanı və onu yola salan Aynurə Rəhimovanı 99 CP 888 nömrəli maşın vuraraq hadisə yerindən qaçıb. Hadisə nəticəsində Zəhra Rəhimova dünyasını dəyişib, Aynurə Rəhimova isə ağır vəziyyətdə qonşular tərəfindən xəstəxanaya yerlədirilib.
Hadisə baş verən əraziyə ekspert baxış keçirilib və hadisənin təfərrüatları ilə bağlı şahidlər dindirilib. Təəssüf ki, 18 yaşlı qızın ölümünə səbə olan şəxs hələ də azadlıqda gəzir. Məsələ ilə bağlı ailə üzvlərinə hər hansısa bir məlumat verilməyib. 18 yaşında dünyasını dəyişən Zəhra Rəhimovanın atası Nizaməddin Rəhimov qızının qanının yerdə qalmamasını tələb edir.
Mövzunu davam etdirəcəyik.



























































































